Gamış dağı və Sarıbaba ərazilərində mina təhlükəsi var - ednews.net

8 Fevral, Çərşənbə

(+994 50) 229-39-11

Gamış dağı və Sarıbaba ərazilərində mina təhlükəsi var

Siyasət A- A A+

Gamış dağı və Sarıbaba dağlarını əhatə edən 93 kilometrlik ərazidə piyadalar əleyhinə təqribən 40 min mina yerləşdirilmiş təhlükəli sahələr var.

Ednews xəbər verir ki, bu barədə  Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyevin BMT-nin Baş katibinə məktubu və Ermənistan tərəfindən Azərbaycan ərazisində piyadalar əleyhinə yeni minalar yerləşdirilməsi barədə məruzəsində qeyd edilib.

Məlumata əsasən, bu yaxınlarda Azərbaycanın Daşkəsən rayonunda Ermənistanda istehsal edilmiş PMN-E tipli piyadalar əleyhinə minalar aşkar edilib.
2020-ci il avqustun 16-dan oktyabrın 6-dək olan müddətdə Daşkəsən, Kəlbəcər və Laçın rayonlarında 3166 ədəd PMN-E tipli piyadalar əleyhinə minalar aşkar edilib.

Onlardan 1671-i Laçında, 935-i Kəlbəcərdə, 560-ı Daşkəsəndə tapılıb. Bu fuqasların əksəriyyəti PMN-E tipinə aid olsa da, aşkar edilmiş və zərərsizləşdirilmiş fuqaslar arasında PMN-2, E-001M və TM-62 tipli minalar da olub.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...