Erməni hərbçi güllə yarası alıb.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Müdafiə Nazirliyi yayıb.
"Dekabrın 3-də saat 20.00-da hələlik naməlum şəraitdə Silahlı Qüvvələrin hərbi qulluqçusu G.X. güllə yarası alıb. Onun vəziyyəti son dərəcə ağır qiymətləndirilir", - məlumatda deyilir.
Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparılır.