Moldova prezidenti ölkəsinin NATO-ya üzv olmaq niyyətini açıqlayıb - ednews.net

3 Fevral, Cümə

(+994 50) 229-39-11

Moldova prezidenti ölkəsinin NATO-ya üzv olmaq niyyətini açıqlayıb

Siyasət A- A A+
Moldova prezidenti Maya Sandu Yaponiyanın NHK telekanalına müsahibəsində ölkəsinin NATO-ya üzv olmaq niyyətindən danışıb.
 
Ednews mk.ru-ya istinadən xəbər verir ki, o hesab edir ki, Moldovanın Şimali Atlantika Alyansına daxil olması ilə bağlı bütün söhbətlər Dnestryanıda Rusiya qoşunlarının mövcudluğunu xeyli çətinləşdirir.
 
Noyabrda ölkədə keçirilən ictimai rəy sorğusunun nəticələrinə görə, vətəndaşların 54,5%-i hərbi bloka qoşulmağa səs verib. Eyni zamanda, respondentlərin 23,1%-i Moldovanın NATO-ya daxil olub-olmaması barədə hələ qərar verməyib.
 
Qeyd edək ki, ölkənin Konstitusiyasında neytrallıq haqqında müddəa, eləcə də digər ölkələrin ordularının yerləşdirilməsinə qadağa qoyulub.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...