“Hakimiyyətlə dialoqa müharibə ərəfəsində, bir başqa Azərbaycanda başlamışdıq. Torpaqları işğal altında olan Azərbaycanda. Həmin dövrdə milli birliyə verdiyimiz töfhə dialoqun ən ciddi nəticəsi oldu. Ölkəmiz müharibəni qazandı, beynəlxalq mövqelərini möhkəmləndirdi”.
Bu sözləri REAl partiyasının sədri İlqar Məmmədov öz facebook profilində yazıb. Ednews sözügedən paylaşımı təqdim edir:
“Başqa nəticələr də oldu – siyasi məhbus sayının azalması kimi. Amma vaxt keçdikcə, daxili siyasətə dair fikir ayrılıqlarımız təbii olaraq artmalı idi və artdı da. Əlaqələrimiz qaynar xətt səviyyəsinə endi. Bundan sonra nə olacaqsa, tarixi nəticə dəyişməyəcək: 2020-2022 dialoqu bütün çatışmazlıqlarına baxmayaraq ümumən millətimizə faydalı oldu. İndi dialoq yenilənməli, xarici siyasət məqsədlərindən daha çox daxili siyasət məqsədlərinə istiqamət almalıdır”.