Erməni millətçiləri Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandiri general Andrey Volkovu öldürməklə hədələyiblər.
Ednews xəbər verir ki, bu barədə informasiya ermənilərə məxsus Telegram kanallarında yer alıb.
Belə ki, radikal erməni millətçiləri Volkovun sülhməramlıların Azərbaycan yer adlarından istifadə etdiyini bildirdiyi müsahibəsindən narazılıqlarını bildiriblər.
Onlar generala eyham vurublar ki, 1988–1991-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinini ikinci katibi vəzifəsində çalışan Viktor Polyaniçkonun 1 avqust 1993-cü ildə Şimali Osetiyada bir qrup erməni yaraqlısının hücumu nəticəsində həlak olub.
Yeri gəlmişkən, Volkov, həmçinin azərbaycanlı jurnalistlərə açıqlamasında Laçın dəhlizinin girişində, sülhməramlıların 1-ci postunda Azərbaycanın mini gömrük məntəqəsinin yaradılacağını deyib.
Bu məlumat da erməni millətçilərini bərk qorxuya salıb. Dünəndən sosial şəbəkələrin erməni seqmenti mövzunu geniş müzakirə edib.
Qeyd edirlər ki, Rusiya və Azərbaycan 10 noyabr 2020-ci il bəyanatını birbaşa pozurlar. Bu baxımdan Qarabağda müvəqqəti yaşayan erməniləri hərəkətə keçməyə çağırırlar.
Üstəlik Türkiyənin F-16 qırıcılarının Bakıya gəlişindən də əndişəyə düşüblər.