“İsrail Azərbaycan ilə kosmik sahədə əlaqələri inkişaf etdirmək niyyətindədir”.
Ednews xəbər verir ki, bunu jurnalistlərə İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.
"Azərbaycan ilə əlaqələrimiz müxtəlif sahələrdə çox inkişaf edib. Kosmik sahə bizim böyük potensial gördüyümüz sahələrdən biridir", - deyə səfir bildirib.
Diplomat kosmik sahədə həm dövlət, həm də özəl səviyyədə daha yüksək səviyyəli əməkdaşlığı görmək istədiyini əlavə edib.
Səfir deyib ki, İsrailin çox inkişaf etdiyini nəzərə alsaq, bu sahədə əməkdaşlıq xüsusi potensiala malikdir.