Beynəlxalq qurumlar ermənilərin müharibə cinayətlərinə niyə susur? - AÇIQLAMA - ednews.net

3 Fevral, Cümə

(+994 50) 229-39-11

Beynəlxalq qurumlar ermənilərin müharibə cinayətlərinə niyə susur? - AÇIQLAMA

Siyasət A- A A+

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili  Qarabağda ermənilərin Azərbaycanlıların qəbirlərini və dini abidələrini dağıtması və təhqir etməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edib.

Ombudsmanın bu müraciətinə münasibət bildirən bəzi ekspertlər hesab edirlər ki, Azərbaycan bu istiqamətdə daha ciddi hüquqi və qanuni addımlar atmalıdır.  Hətta onlar UNESCO və Avropa İttifaqı ilə ermənilərin cinayət aktları barəsində danışıqlara Azərbaycanın dini icmalarının cəlb olunmasını təklif ediblər. 

Məsələ ilə bağlı Ednews-a açıqlamasında beynəlxalq hüquq üzrə ekspert Əfsar Sadıqov fərqli münasibət bildirib.  Söhbət zamanı o, qeyd edib ki, beynəlxalq təşkilatlara müraciət bizim problemlərin həllində və erməni cinayətkarlarının vandalizm aktlarına görə cəzanlandırılmasında o qədər mühüm rol oynamayacaq. 

“Əgər bir xalqın dini və mədəni abidələri dağıdılırsa, qəbirləri təhqir olunursa,  bu beynəlxalq humanitar hüququn, o cümlədən III Cenevre Konvensiyasının pozuntusu kimi müharibə cinayətidir. Həmin pozuntulara görə beynəlxalq təşkilatlara müraciət etmək olar. Lakin həmin təşkilatların bu məsələyə ciddi təsirləri olmayacaq, erməni cinayətkarlarının cəzalandırılması istiqamətində addımlar atacağı inandırıcı görsənmir. Bu məsələdə beynəlxalq təşkilatların yalnız yardımçı səlahiyyəti ola bilər. Beynəlxalq təşkilatlara müraciət etməkdənsə, müharibə cinayətləri üzrə mühakimə yurisdiksiyası səlahiyyətinə malik olan Azərbaycanın hüquq-mühafizə orqanları ilə əməkdaşlıq etmək lazımdır. Həmin hüquq-mühafizə orqanları ermənilərin dini və mədəni irsimizə qarşı törətdiyi cinayət əməllərini araşdırmalı və mühakimə aktı hazırlamalıdır”. 

Əfsar Sadıqov  vurğulayıb ki, UNESCO ermənilərin cinayətləri barədə faktlardan ibarət sənəd tərtib etsə də,  ermənilər və onun havadarları qurumun qoyduğu qaydalara məhəl qoymur.

“Belə olan halda qurumun hər hansı təsir amilinin olacağını düşünmək sadəlövlük olardı. Fransapərəst qurumun fəaliyyətinə ümid bağlamaq mənasızdır. Avropa İttifaqının isə bizimlə heç bir əlaqəsi yoxdur. Nə Azərbaycan, nə də Ermənistan bu ittifaqıpn üzvləri deyil”. 

Təzminat məsələsinə gəlincə isə Əfsar Sadıqov qeyd edib ki, təzminatı beynəlxalq qurumlar yox, Azərbaycan məhkəmələri qaldıra bilər. 

“Təzminat məsələsini Azərbaycanın məhkəmə orqanları və ya kvazi məhkəməsi qaldırmalıdır.  Beynəlxalq təşkilatlar bu məsələdə heç bir addım atmayacaqlar”. 

Yunis Abdullayev


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...