“Qısa müddətdə Azərbaycan nə qədər inqilabi yol keçib”.
Ednews xəbər verir ki, bunu deputat Sabir Rüstəmxanlı Milli Məclisin bu gün keçirilən plenar iclasında elektron hökumətə keçidlə bağlı danışarkən bildirib.
“Yeni texnologiya bir sıra bürokratik əngəlləri aradan qaldırıb. Hətta radikal duruma köklənmiş şəxslər belə 10 sonra ölkəyə qayıdıb bu yenilikləri gördükdən sonra vəziyyətin necə dəyişdiyini hiss edirlər. Yaxşı olardı ki, açıq hökuməti idarə edən bəzi məmurların da həyatı “açıq" olsun. Lakin istənilən halda bu qanunların qəbulunu Milli Məclisin mütərəqqi addımı hesab edirəm”, - deyə deputat əlavə edib.