“Nikol Paşinyan Emmanuel Makronsuz İlham Əliyevlə görüşə hazırdır”.
Ednews xəbər verir ki, bu fikirləri Ermənistan parlamentinin spikeri Alen Simonyan keçirdiyi brifinqdə səsləndirib.
O, hesab edir ki, Azərbaycan və Ermənistan nümayəndələrinin görüş yeri Brüssellə məhdudlaşmamalıdır.
"Yeni görüşün harada keçiriləcəyi ilə bağlı məlumat yoxdur, lakin biz təkcə Brüssellə məhdudlaşmırıq, istənilən mənalı müzakirələrə hazırıq", - Simonyan yekunlaşdırıb.