İsveç əhalisinin 70%-i NATO-ya üzvlüyü dəstəkləyir - ednews.net

3 Fevral, Cümə

(+994 50) 229-39-11

İsveç əhalisinin 70%-i NATO-ya üzvlüyü dəstəkləyir

Siyasət A- A A+

"Rusiya İsveç və Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı müraciətinə qarşı güclü dezinformasiya kampaniyası aparır".

Ednews xəbər verir ki, bunu İsveçin xarici işlər naziri Tobias Billström "Atlantic Council"ə müsahibəsində deyib.

"Bu da Rusiya hökumətinin necə çıxılmaz və çarəsiz vəziyyətdə olduğunun nümunəsidir. Nəhayət ki onlar (Rusiya) başa düşüb ki, bu müharibə onlar üçün doğru istiqamətdə getmir. Ona görə də onlar fikir yayındırmaq üçün yeni cəbhələr axtarır. Rusiyanın dezinformasiya kampaniyaları heç bir şəkildə məqsədinə nail ola bilmir, bilməyəcək və bunun əksi baş verir. Dünən İsveçdə NATO-ya üzvlüklə bağlı sorğunun nəticələri açıqlandı, İsveç əhalisinin 70 faizi NATO ilə yaxınlaşmanı, üzvlüyü dəstəkləyir, bu, son illərin ən böyük rəqəmidir", nazir deyib.
 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...