Ermənistanın müdafiə naziri Rusiyaya getdi – Səfərin detalları açıqlanmır - ednews.net

3 Fevral, Cümə

(+994 50) 229-39-11

Ermənistanın müdafiə naziri Rusiyaya getdi – Səfərin detalları açıqlanmır

Siyasət A- A A+
Ermənistanın müdafiə naziri Suren Papikyanın başçılıq etdiyi nümayəndə heyəti Rusiyaya işgüzar səfərə gedib. 
 
Ednews xəbər verir ki, bu barədə informasiyanı Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti yayıb.
 
Nazirin görüşlərinin təfərrüatları və cədvəli barədə məlumat verilmir.
 
Qeyd edək ki, noyabrın 24-də İrəvan şəhərində Ermənistan və Rusiyanın müdafiə nazirləri Suren Papikyan və Sergey Şoyqu arasında KTMT Xarici İşlər Nazirləri Şurasının, Müdafiə nazirləri və Təhlükəsizlik Şuraları katiblərinin birgə iclasından sonra qısa söhbət olub. 
 
Papikyanın sosial şəbəkələrdə verdiyi məlumata görə, Şoyqu ilə söhbət zamanı müdafiə sahəsində ikitərəfli əməkdaşlığa dair bir sıra məsələlər, eləcə də qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...