"Ermənistan Azərbaycana 1 trilyon dollar təzminat ödəməlidir" - Kərəm Karabulut - ednews.net

3 Fevral, Cümə

(+994 50) 229-39-11

"Ermənistan Azərbaycana 1 trilyon dollar təzminat ödəməlidir" - Kərəm Karabulut

Siyasət A- A A+
“Ermənistan Azərbaycana 1 trilyon ABŞ dollar məbləğində təzminat ödəməlidir”.
 
Ednews  xəbər verir ki, bunu Atatürk Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin müəllimi Kərəm Karabulut Bakıda “Mədəni sərvətlərin qorunmasında UNESCO Konvensiyalarının rolu və onların tətbiqinin təkmilləşdirilməsinin aspektləri” mövzusunda keçirilən beynəlxalq elmi konfransda deyib.
 
"Azərbaycan Qafqazda mədəniyyətin beşiyidir. Şuşa Türk mədəniyyətinin mərkəzidir, Türk dünyası üçün çox önəmli şəhərdir.
 
Şuşadakı və ümumiyyətlə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərindəki dağıntıların iqtisadi aspektini də unutmaq olmaz: "Ermənistan bu ərazilərdə yerləşən infrastruktur obyektlərinə, mədəni abidələrə vurduğu zərərə görə cavab verməlidir”, - o bildirib.
 
K.Karabulutun hesablamalarına görə, Ermənistan Azərbaycana 1 trilyon dollar məbləğində təzminat ödəməlidir.
 
Atatürk Universitetinin müəllimi Ağdamda gördüyü dağıntılardan sonra hətta bu məbləğin yetərli olmadığını söyləyib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...