Aİ-nin xüsusi nümayəndəsi İrəvanda danışıqları yekunlaşdıraraq İstanbula gedib - ednews.net

8 Fevral, Çərşənbə

(+994 50) 229-39-11

Aİ-nin xüsusi nümayəndəsi İrəvanda danışıqları yekunlaşdıraraq İstanbula gedib

Siyasət A- A A+
Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar İrəvanda Ermənistan rəhbərliyi ilə danışıqları yekunlaşdırandan sonra Türkiyənin İstanbul şəhərinə gedib.
 
Ednews xəbər verir ki, diplomat bunu tviterdə yazıb.
 
O, paylaşımında İrəvan səfərinin qısa, lakin mənalı olduğunu qeyd edib. Aİ nümayəndəsi Türkiyəyə səfərinin məqsədini açıqlamayıb.
 
Xatırladaq ki, T.Klaar dekabrın 8-də Ermənistanın paytaxtı İrəvanda olub. O, səfər çərçivəsində bu ölkənin baş naziri Nikol Paşinyanla Ermənistanla Azərbaycan arasındakı münasibətlərin normallaşmasını müzakirə edib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...