“Beş milli prioritetin hər biri eyni dərəcədə vacibdir. Lakin dördüncü milli prioritet kimi müəyyən edilən azad edilmiş ərazilərə Böyük Qayıdış bizim üçün mühüm əhəmiyyət daşıyır. 2022-2026-cı illərdə dövlət büdcəsi vəsaitlərinin xərclərindən bu yöndə ayrılacaq 19,2 milyardı, yəni 58,7 faizi işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış layihəsinin reallaşdırılmasına yönəldiləcək”.
Ednews xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən plenar iclasında Baş nazir Əli Əsədov səsləndirib.
“2023-cü il üçün dövlət büdcəsində iqtisadi-sosial inkişaf strategiyasının reallaşdırılması üçün 5,2 milyard nəzərdə tutulub ki, onun da 3 milyard manatı işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpasına yönəldiləcək.
Məlumat üçün qeyd edim ki, bu ötən illə müqayisədə 12,4 faiz çoxdur. Son iki ildə isə 5,8 milyarddan çox vəsait bu istqamətdə yönəldilib”, - deyə Baş nazir əlavə edib.