İranda Tehranın cümə imamı Əhməd Hatəmi açıqlaması ilə gündəm yaradıb.
Ednews “Azad teleqram” kanalına istinadən xəbər verir ki, imam radikal, mühafizəkar fikir bildirib.
“Mən ilk etirazçının dar ağacından asılmasını və İslam Respublikasının qüdrətini nümayiş etdirdiyi üçün Məhkəmə sisteminə təşəkkür edirəm”.
Qeyd edək ki, Möhsün Şekari adlı şəxs Tehranda etirazlar zamanı guya təhlükəsizlik qüvvələrinin əməkdaşını bıçaqla yaralayıb. O, qısa müddət ərzində keçirilən məhkəmə prosesində “günahkar” hesab edilərək barəsində edam hökmu çıxarılıb. Qərar dərhal həyata keçirilib.
Xatırladaq ki, İranda etirazlar hicaba görə saxlanılan 22 yaşlı Məhsa Əminin ölümündən sonra başlayıb. İran hüquq mühafizə orqanları etirazlarda iştirak edən 462 nəfəri qətlə yetirib. Bildirilib ki, ölənlərin 64-nün yaşı 18-dən az olan şəxslərdir.
Oğuz Ayvaz