Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri, səfir Peter Mixalko Zəngilana və Qubadlıya səfərə gedib.
Ednews xəbər verir ki, diplomat bu barədə Tvitterdə məlumat verib.
Heydər Əliyev adına Beynəlxalq Hava Limanından foto paylaşan səfir qeyd edib ki, bu gün Zəngilan və Qubadlıya baş çəkəcək, Ağalı kəndində olacaq.
Səfər Bakı-Zəngilan reysi ilə həyata keçirilir.