Ermənistan dövlət nömrə nişanlı avtomobil Şuşa şəhərinin yaxınlığında, Laçın yolunda aksiya keçirilən yerə gəlib.
Ednews xəbər verir ki, bu barədə görüntüləri Baku TV-nin operatoru lentə alıb.
Videoda 17-GX-771 Ermənistan dövlət nömrə nişanlı avtomobil əraziyə yaxınlaşıb.
Jurnalist olduqları ehtimal edilən şəxslərin azərbaycanlılara tərəf gəlməsinə Rusiya sülhməramlıları icazə verməyib. Və həmin şəxslər məcburən geri qayıdıblar.
Beləliklə, erməni jurnalistlərin arzuları ürəklərində qalıb.