Twitter-dən yeni funksiyalar - ednews.net

8 Fevral, Çərşənbə

(+994 50) 229-39-11

Twitter-dən yeni funksiyalar

Siyasət A- A A+
“Twitter Blue” abunəsi bazar ertəsi, dekabrın 12-də yenilənir. Məlumata görə, onun sahibləri tvitləri redaktə edə, videoları 1080p keyfiyyətində yükləyə, o cümlədən hesabı təsdiq etdikdən sonra “mavi tık” ala biləcəklər. Aylıq abunənin qiyməti veb-versiya üçün 8 dollar, iOS istifadəçiləri üçün isə 11 dollar təşkil edəcək.
 
Ednews  bu barədə “Kommersant”a istinadən xəbər verir.
 
Bildirilir ki, şirkət həmçinin şirkətlər üçün qızılı, hökumət və çoxtərəfli hesablar üçün isə boz işarələri tətbiq etmək niyyətindədir. Abunəçilər sosial şəbəkədə adlarını dəyişdirə biləcəklər, lakin bu halda yeni yoxlama aparılana qədər mavi işarə yox olacaq. Abunə yalnız bir neçə ölkədə, o cümlədən ABŞ və Böyük Britaniyada işləyir.
 
“Twitter Blue” abunəsi əvvəl də mövcud olub, lakin hesabın təsdiq edilməsini tələb etməyib və cəmi 4.99 dollara başa gəlib. Sosial şəbəkəni aldıqdan sonra İlon Mask abunəliyə yeni funksiyalar əlavə etmək və onun qiymətini artırmaq qərarını verib.
 
Ayan Rzayeva


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...