Ermənistanın Azərbaycan əleyhinə təklifi AŞPA Hüquq Komitəsində qəbul olunmayıb

Siyasət 02:28 13.12.2022

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Hüquq Komitəsinin iclasında Ermənistan parlamentinin deputatı Vladimir Vardanyan Azərbaycanın ünvanına əsassız ittihamlar irəli sürüb. Vladimir Vardanyan Azərbaycanın ekoloji sahə üzrə ixtisaslaşmış qeyri-hökumət təşkilatlarının Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda etiraz aksiyasının guya rəsmi Bakının Laçın koridorunu bağlamaqla Xankəndindəki ermənilərin Ermənistanla əlaqəsi kəsmək, erməniləri o ərazilərdən çıxarmaq məqsədinə xidmət etdiyini söyləyib. Hətta bir az da irəli gedərək heç bir arqument gətirməsə də, Azərbaycanı dırnaqarası "soyqırım" təhlükəsi yaratmaqda günahlandırmağa, Ukraynadakı proseslərlə paralellər aparmağa cəhd göstərib.

Ednews-un xəbərinə görə, iclasda iştirak edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Kamal Cəfərov isə çıxışında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Avrasiya və Gömrük İttifaqlarının üzvü olan Ermənistanın nümayəndəsinin Ukrayna ilə paralellər aparmaq cəhdini ikiüzlülük adlandırıb.

Kamal Cəfərov nəzərə çatdırıb ki, Azərbaycanın aidiyyati qurumları “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə, o cümlədən ətraf mühitə dəyən zərərin monitorinqin həyata keçirilməsi ilə bağlı həmin ərazidə müvəqqəti fəaliyyət göstərən rus sülhməramlılara bildiriş verib. Daha sonra monitorinq günü həmin ərazidə rus cinayətkar-oliqarx Ruben Vardanyan bir qrup erməni ilə təxribat törədib və monitorinqə mane olub. Rus sülhməramlıları isə bu təxribatın qarşısını ala bilməyib və ya almaq istəməyib. İndi isə Azərbaycan vətəndaşları, QHT nümayəndələri toplaşmaq azadlığından istifadə edərək Rusiya sülhməramlılarının komandanı Andrey Volkovu görüşə çağırırlar. Kamal Cəfərov qeyd edib ki, nə qədər ki, Volkov görüşə gəlməyəcək, koridor bağlı qalacaq. Ona görə də koridorun bağlı qalma səbəbi elə Volkovun özüdür.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Erkin Qədirli isə çıxışında bildirib ki, Laçın koridoru yeganə yol deyil, ondan daha geniş və sürətli yeni tikilmiş magistral yol var. Erkin Qədirli nəzərə çatdırıb ki, bu yolu Azərbaycan tərəfi tikib, ancaq ermənilər həmin yoldan istifadə etməkdən imtina edirlər. Qeyd edilib ki, həmin əraziyə rus sülhməramlıları nəzarət edir və hazırda nə təxribat baş verirsə, rus sülhməramlıların məsuliyyətidir. Erkin Qədirli Rusiya sülhməramlılarının Azərbaycanın razılığını almadan həmin ərazilərə hər kəsin keçməsinə şərait yaratdıqlarını söyləyib. Buna misal olaraq Fransada prezident seçkilərində namizəd olmuş Paris şəhərinin merinin Azərbaycanın icazəsi olmadan Azərbaycan ərazisinə buraxıldığını xatırladıb. Erkin Qədirli qeyd edib ki, ermənilərin strategiyası Azərbaycanla barışmaq və rus qoşunlarını Ermənistan ərazisindən, rus sülhməramlılarını isə Qarabağdan çıxarmaq olmalıdır. Çünki sülhməramlılar Qarabağdan məcburi köçkün edilmiş azərbaycanlıların geri qayıtmasına, iki icma arasında ünsiyyətin qurulmasına şərait yaratmırlar. Bütün bunları nəzərə alaraq, Erkin Qədirli Ermənistan deputatının Azərbaycana qarşı son iddialarının tamamilə əsassız olduğunu vurğulayıb.

Qeyd edək ki, Vladimir Vardanyan AŞPA Hüquq Komitəsində son hadisələrlə bağlı qətnamə layihəsinin hazırlanmasını xahiş edib. Lakin prosedur qaydalarına zidd olduğu üçün bu xahiş rədd edilib. Vladimir Vardanyanın daha sonra AŞPA Hüquq Komitəsinin sədrinin qərəzli bəyanat verməsi yönündə təklifi də qəbul olunmayıb.

Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO

Xəbər xətti

Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
Ermənistan İctimai Televiziyası: Bu kəndlər Azərbaycana qaytarılacaq
10:40 29.03.2024
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq? – RƏSMİ AÇIQLAMA
10:36 29.03.2024
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb
10:32 29.03.2024
Əhalinin ən çox xərci nəyə çıxır? - ARAŞDIRMA - VİDEO
10:24 29.03.2024
Xankəndidə silah-sursat aşkarlandı
10:15 29.03.2024
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
Lavrov Ermənistan rəhbərliyini ittiham etdi
10:10 29.03.2024
Avropa İttifaqının Cənubi Qafqaz səfərinin GİZLİNLƏRİ – Fikrət Sadıqov AÇIQLAYIR
10:01 29.03.2024
Xırdalanda 12 ədəd qumbara tapıldı - VİDEO
09:51 29.03.2024
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
Azərbaycanda ilk sosial televiziya fəaliyyətə BAŞLAYIR
09:47 29.03.2024
Azərbaycanda professor vəfat etdi
09:36 29.03.2024
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
Tanınmış jurnalist İdrak Camalbəyli Ukraynada vəfat etdi
09:25 29.03.2024
Azərbaycan nefti BAHALAŞDI
09:21 29.03.2024
Pensiya və müavinət alanlara ŞAD XƏBƏR - VİDEO
09:10 29.03.2024
Daha 35 ailə Füzuliyə yola salındı
09:00 29.03.2024
Dani Alveş ziyafət təşkil etdi
06:40 29.03.2024
Bişkekdə fövqəladə vəziyyət elan edildi
05:30 29.03.2024
İsrail vətəndaşlarına bu ölkələrə səyahət etməmək XƏBƏRDARLIĞI EDİLİB
04:05 29.03.2024
İsrail Livandan uçan naməlum hədəfə qarşı “Patriot”dan istifadə edib
02:03 29.03.2024
ABŞ Konqresi Pentaqonun Afrikadakı dövlət çevrilişlərinə görə hesabat tələb edib
01:00 29.03.2024
Ukraynalı deputat: Hərbi xidmətdən yayınanların sayı bir milyona çatır
00:05 29.03.2024
Azərbaycan boksçuları Bakıdakı beynəlxalq turnirdə 21 medal qazanıb
23:41 28.03.2024
Yaponiya UNRWA-nın maliyyələşdirilməsini bərpa etməyi nəzərdən keçirəcək
23:13 28.03.2024
Azərbaycan təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı təntənəli tədbir təşkil olunub
22:50 28.03.2024
Rusiya XİN başçısı: Məhz KTMT İrəvanın maraqlarını çətin vəziyyətlərdə müdafiə edib
22:26 28.03.2024
Lavrov: Ermənistan uydurma bəhanələrlə Rusiya ilə münasibətlərin pozulmasına çalışır
22:00 28.03.2024
Yevlaxda avtomobil yük maşınına çırpılıb, ölən var
21:45 28.03.2024
DİN vətəndaşlara müraciət edib: Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın
21:30 28.03.2024
Sumqayıt Dövlət Universitetinə yeni prorektor təyin olunub
21:24 28.03.2024
BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib
21:11 28.03.2024
Rusiya İstintaq Komitəsi: “Crocus City Hall”dakı terror Ukraynadan maliyyələşib
21:04 28.03.2024
İtaliya komandanlığı ordunun sayını artırmağa ümid edir
20:43 28.03.2024
Əli Nağıyev: Azərbaycanın təhlükəsizlik orqanlarının qarşısında yeni çağırışlar durur
20:30 28.03.2024
Kürdəmirdə 16 yaşlı piyadanı maşın vurub
20:21 28.03.2024
"Müharibə olmasın, bizə ədəbiyyat lazım deyil" - Yazıçılar arasında SORĞU
20:00 28.03.2024
Naxçıvanda mənşəyi bilinməyən saxta zeytun yağları satışdan çıxarılıb
19:36 28.03.2024
Aİ Şurasının komitə üzvləri Cənubi Qafqaz regionuna səfər edəcəklər
19:30 28.03.2024
Sabah Qubanın qaz təchizatında fasilə yaranacaq
19:20 28.03.2024
Əfqanıstanda güclü zəlzələ oldu
19:00 28.03.2024
Türkiyənin Rusiya-Ukrayna arasında strategiyası necə olacaq? – İsmayıl Cingözün RƏYİNDƏ – ÖZƏL
19:00 28.03.2024
Taksilərdə videokameralar quraşdırılacaq - BU TARİXDƏN
18:20 28.03.2024
Hamısı