Şuşa-Laçın yolundakı aksiyalar Azərbaycan üçün zərərlidir? Partiya rəhbərlərindən ŞƏRH

Siyasət 14:11 13.12.2022

Xəbər verdiyimiz kimi, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa-Laçın yolunda aksiyanı davam etdirir.

Proseslərin gedişatı Azərbaycan üçün işıqlı ya qaranlıq olacaq? Bu barədə siyasi partiya rəhbərləri Ednews-a şərh bildirib.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev açıqlamasında bildirdi ki, Laçın yolunda toplanmış fəallar, bir sıra jurnalistlər, QHT-lər, o cümlədən sadə vətəndaşlar Azərbaycanın ərazi bütövlüyünə olan hörmətinin rəmizdir. Artıq xalq görür ki, Rusiya işğalçı ordusu Azərbaycanda at oynatmağa başlayıb.

“Rusiya ölkəmizi yenidən öz əsarəti altında saxlamaq istəyir. İşğaldan azad edilmiş  torpaqlarımızda erməni terroristlərin məskunlaşmasına yardımçı olublar. Buna dözməyən xalqımız artıq öz suveren torpaqlarının özünə qaytarılması və onun uğrunda mübarizəyə qalxıblar. Bu təqdirəlayiq haldır, lakin ermənilərə himayədarlıq edən Rusiyanın işğalçı ordusu Azərbaycan xalqına, dövlətinə, o cümlədən imzalanan 10 noyabr bəyannaməsinə hömtəsizlik edir”.

Partiya sədri hesab edir ki, bu artıq qorxulu haldır. Onlar Azərbaycan xalqının nəbzini yoxlayırlar.

“Bunu xalq olaraq davam etdirməliyik. Nəyin ki, orda min, iki min adam olsun, bütün Azərbaycan xalqı Laçın yoluna yığılmalıdır. Dünya görsün ki, xalqımız öz torpağının 1 metrindən də imtina etməyib və etməyəcək də! Rusiyaya heç vaxt inanmamalıyıq! Andrey Volkov sərxoşun, avaranın biridir. Onlar Ruben Vardanyanla iş birliyindədirlər. Dünyanın harda avara, azğın erməniləri var hamısını gətirib Qarabağa yığırlar. Biz buna dözə bilmərik. Təcili anti-terror əməliyyatlarına başlanmalıdır”.

H.Hacıyevın sözlərinə görə Vladimir Putinin cənab prezident İlham Əliyevla telefon danışıqları da heç bir nəticə vermir.

“Bizim başqa yolumuz qalmır. Yenidən “dəmir yumruq” işə düşməlidir. Azərbaycan xalqı, siyasi partiyalar, siyasi təşkilatlar 44 günlük müharibə dövründə olduğu kimi cənab prezidentin yanında olmalıdır. Erməni tör-töküntülərini, terroristlərini Qarabağdan qovub çıxarmalıyıq. Azərbaycanda kim yaşamaq istəyirsə, vətəndaşlığını qəbul edirsə, söhbət ermənilərdən gedir, biz onlarla  yaşamağa razıyıq, amma onların ərköyünlüklərinə dözə bilmərik. Azərbaycan dövləri, xalqı qəti qərar verməlidir. Rusların yağlı, şirin vədlərinə inanmamalıdır. Onlar vaxt qazanırlar”.

 

Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev düşünür ki, son günlər Laçında baş verən proseslər Azərbaycanı qaranlığa yox işığa aparır.

“Azərbaycan vətəndaşları, o cümlədən hər birimiz gözləyirdik ki, Laçın dəhlizini nə vaxt bağlayarıq. Çünki Ermənistanın seperatçıları, qanunsuz silahlı birləşmələri, o cümlədən rus sülhməramlılarının üzərlərinə götürdükləri öhdəlikləri yerinə yetirməyiblər. Azərbaycan isə üzərinə götürdüyü bütün öhdəlikləri razılığa əsasən yerinə yetirib. Belə bir vəziyyətdə hər birimizdə sual yaranır. Biz niyə Laçın dəhlizini bağlamırıq? Niyə orada problemlər yaratmırıq? Ən azından bir neçə saatlıq, günlük olsa da Laçın dəhlizini bağlamalıyıq ki, orada yaşayan ermənilər başlarının altına yastıq qoyub rahatlanmasınlar”.

R.Nurullayev ermənilərin Qarabağda heç bir halda müstəqil ola bilməyəcəklərini vurğuladı.

“Azərbaycanın ərazisində, vətəndaşı olaraq yaşaya bilərlər. İstəməyənlər də öz ölkələrinə qayıda bilərlər. Ona görə də artıq biz bu məsələnin ən müqabil və təbii yolunu tapa bilmişik. Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri, ekoloji fəallarhəmin dəhlizi bağlayıb. Buna Azərbaycan hökumətinin heç bir aiddiyəti yoxdur. Dünyada da bu hallar baş verir. Ermənilərin seperatçılarının Azərbaycanın suverən ərazisində qeyri-qanuni olaraq təbii ehtiyatlarımızı məhv etməsi, daşıyıb aparması və bunun da müqabilində təbiətimizə böyük ziyan vurması qəbul edilməzdir. Onlar düzgün edib yolu bağlayıblar. Alqışlayıram ki, onlar orada palatka qururlar və çəkilmək fikrində deyillər. Andrey Volkov üzərinə öhdəlik götürsün və bilsin ki, Qarabağda müvvəqəti yerləşdikləri ərazi Azərbaycandır. Azərbaycan vətəndaşları, siyasətçiləri, dövlət qurumları həmin ərazilərə onların nəzarəti altında gedə bilərlər. Onların nəzarəti sırf təhlükəsizliyi təmin etmək üçündür. Hesab edirəm ki, bəri başdan mesajlarımızı verməyə başlamışıq. Biz rus sülhməramlılarını Qarabağda istəmirik! Rus ordusunun qalması sülh prosesini uzadır və ermənilərin başının altına yastıq qoyur”.

AĞ Partiya rəhbəri Tural Abbaslı da Şuşa-Laçın yolundakı hadisələrin Azərbaycanı işığa apardığını dedi. Onun sözlərinə görə Azərbaycan öz haqlarını tələb edir. Rus sülhməramlıları 2 il bundan öncə Qarabağa yerləşəndən sonra qanunsuz olaraq vətəndaşlarımızın keçidini qadağa edib. Halbuki onlar Xankəndindən, Xocavənddən qaçmış erməniləri avtobuslarla geri qaytardı.

“Onların evlərini təmir etdi, klublar tikdirdi, yollar çəkdi. İndi də seperatçı erməniləri silahlandırmaqla məşğuldur. Onların orada təşkilatlanmasına bilavasitə dəstək göstərir. Eyni zamanda da rus sülhməramlıları Qarabağda qanunsuz fəaliyyət göstərən və Azərbaycanın təbii ehtiyatlarını, sərvətlərini talayan şirkətlərə, qurumlara şərait yaratmaqla məşğuldurlar. Azərbaycanın istər vətəndaş cəmiyyəti, istər eko aktivistləri, istər Ekologiya nazirliyi olsun, hər bir vətəndaşı buna etiraz edir”.

T.Abbaslı üç tərəfli bəyannaməyə diqqət çəkdi.

“Əgər ruslar üç tərəfli bəyannaməyə istinad edib bizim konstutsiya hüqumuzu pozursa bu avtomatik olaraq bəyannamənin qüvvədən düşdüyünü əsas verir. Çünki qanunveriliciyimizə əsasən Azərbaycanın imzaladığı və yaxud da götürdüyü öhdəliklər konstutsiyaya ziddirsə razılşama qüvvədən düşmüş sayılır. Bu baxımdan ruslar artıq bu reallığı dəyişdirməlidirlər. Artıq oranı özlərinin və ya ermənilərin torpağı kimi görməkdən qaçınmalıdırlar. Qəbul etməlidirlər ki, Azərbaycan bu torpaqlar uğurunda qan axıdıb, can verib, can alıb. Biz siyasi partiyalar olaraq aksiyaya dəstək veririk. Lazım gələrsə özümüzün də bu aksiyada iştirakımızın olmağını istəyərik. Dünya bilməlidir ki, Qarabağ Azərbaycandır, vəssalam!”

Oğuz Ayvaz  

Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO

Xəbər xətti

Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİB-2
18:37 24.04.2024
İraqın şimalında PKK-nın 6 terrorçusu zərərsizləşdirilib
18:35 24.04.2024
Sadır Japarov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
18:30 24.04.2024
Ölkə başçısı: Təəssüflər olsun ki, Azərbaycana qarşı müharibə minalar fonunda davam edir - VİDEO
18:21 24.04.2024
İlham Əliyev və Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak ediblər - YENİLƏNİB
18:19 24.04.2024
Özbəkistanlı jurnalistlər Beynəlxalq Avrasiya Mətbuat Fondunda olublar - FOTOLAR
18:14 24.04.2024
Sabah bu ərazidə qaz olmayacaq
18:08 24.04.2024
İlham Əliyev və Sadır Japarov Çingiz Aytmatovun abidəsinin açılış mərasimində iştirak etdilər
17:57 24.04.2024
Əfv Komissiyasında 300-ə yaxın müraciətə baxılıb
17:38 24.04.2024
“Rusiya-Ukrayna müharibəsi əlbəttə ki, tragediyadır” – İlham Əliyev -VİDEO
17:27 24.04.2024
BMT - nin İşgəncələrə Qarşı Komitəsində Azərbaycan nümayəndəliyi ÇIXIŞ EDİR - CANLI/VİDEO
17:18 24.04.2024
Bakının mərkəzində 3 dəqiqəyə 100 manat dələduzluğu
17:17 24.04.2024
"Sülh üçün ən böyük maneə öz həllini tapıb" - Elçin Əmirbəyov
16:56 24.04.2024
Məşhur pediatrın canına qəsd etməsinin SƏBƏBİ bu imiş
16:40 24.04.2024
“Türkiyənin Aİ-na üzv ola bilməməsi əsassızdır” – İlham Əliyev -VIDEO
15:31 24.04.2024
Qırğızıstan Prezidenti Ağdamda məktəbin tikintisi barədə DANIŞDI
15:22 24.04.2024
Nəsib Quliyev ölümündən əvvəl məktub yazıbmış
15:07 24.04.2024
İlham Əliyev Qırğızıstana TƏŞƏKKÜR ETDİ
15:04 24.04.2024
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
Azərbaycan prezidenti Xorvatiya və Azərbaycan arasında mümkün proyektlərin ehtimalına ŞƏRH BİLDİRİB - VİDEO
14:42 24.04.2024
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək - RƏSMİ
14:39 24.04.2024
Bakıda məktəbdəki yanğında 3 nəfər tüstüdən ZƏHƏRLƏNİB
14:34 24.04.2024
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
SON DƏQİQƏ: Sabiq baş pediatr özünə qəsd etdi
14:24 24.04.2024
Prezident İlham Əliyev Qəzza ilə bağlı danışıb - VİDEO
14:21 24.04.2024
Azərbaycan Prezidenti Qırğızıstanlı həmkarını COP29-a dəvət etdi
14:15 24.04.2024
İlham Əliyev: "Qırğızıstanla imzalanan sənədlərin hər biri böyük əhəmiyyət kəsb edir"
14:08 24.04.2024
Qırğızıstan Ağdamda məktəb binası inşa EDƏCƏK
14:05 24.04.2024
İlham Əliyev: “Qardaş ölkələrlə münasibətləri inkişaf etdiririk”
13:57 24.04.2024
İlham Əliyev və Sadır Japarov mətbuata bəyanatlarla çıxış edirlər – CANLI
13:45 24.04.2024
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
Ankarada Türk dövlətləri kosmik agentliklərinin III iclası keçirilir
13:40 24.04.2024
Prezidentin forum iştirakçıları ilə səmimi söhbəti – VİDEO
13:38 24.04.2024
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
Misir Azərbaycan və Ermənistan arasındakı razılaşmanı alqışladı
13:35 24.04.2024
Azərbaycan-Qırğızıstan sənədlərinin imzalanması mərasimi keçirilir – CANLI
13:30 24.04.2024
Şuşada yollar şəbəkəsinin bərpasına başlanılıb - RƏSMİ
13:27 24.04.2024
Prezidentdən Allahverən İsmayılovla bağlı SƏRƏNCAM
13:22 24.04.2024
Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıb
13:16 24.04.2024
Ana-oğul DSMF əməkdaşını aldadıb 162 min aldı
13:05 24.04.2024
Rusiyadan Ermənistan parlamentinə SORĞU
Rusiyadan Ermənistan parlamentinə SORĞU
12:55 24.04.2024
Macarıstan XİN rəhbəri Azərbaycana gəlir
12:52 24.04.2024
FHN əhaliyə MÜRACİƏT ETDİ
12:45 24.04.2024
Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası BAŞLADI
12:34 24.04.2024
Hamısı