“Aksiyada vətənpərvər gənclərimizin siyasi iradəsi daha çox hiss olunur”.
Bu sözləri hazırda Laçın-Şuşa yolunda Qarabağda ekoloji terrorla əlaqədar keçirilən aksiyada iştirak edən jurnalist Hacıbəy Heydərli Endews-a bildirib.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərlinin sözlərinə görə hazırda aksiyada 200-dən çox etirazçı iştirak edir.
“Hazırda biz jurnalistlər Xankəndi yaxınlığında etirazlarda iştirak edirik. Bu aksiyada azərbaycanlı gənclər daxil olmaqla qeyri-hökumət təşkilatlarının və media qurumlarının nümayindələri iştirak edirlər. Biz öz əbədi və əzəli torpaqlarımızda erməni separatçıların ekoloji terroruna yox deyirik. Eyni zamanda bizim digər tələbimiz sülhməramlıların rəhbəri general-mayor Andrey Volkovun əraziyə gəlməsidir. Gənclərimiz daha çox aktivlik nümayiş etdirir. Tələblərimiz mütləq yerinə yetirilməlidir".
Hacibəy Heydərli aksiya iştirakçılarının artdığını da bildirir.
“Aksiyada iştirakçıların sayı getdikcə artmaqdadır. Səs gücləndiricilər vasitəsi ilə şüarlar səslənidirik. Eləcə də rus əsgərlərinin də sayı artmaqdadır”.
Qeyd edək ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa-Laçın yolunda aksiyanı davam etdirir.
Yunis Abdullayev