Rusiya sülhməramlıları azərbaycanlı fəalların etiraz aksiyası keçirdikləri yerin yaxınlığında səhra çadırları qurur.
Ednews xəbər verir ki, bununla bağlı görüntülər Telegram kanallarında yer alıb.
Mənbə xatırladır ki, ərazidə çadırlar azərbaycanlı fəallar tərəfindən dünən qurulub və etiraz edənlər orada gecələyiblər.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.