Bu dəqiqələrdə aksiya ərazisinə yeni avtomobillər daxil olub.
*** 15:35
Bir neçə dəqiqə əvvəl Rusiya sülhməramlıları üçün lazımi ərzaq və tələbat daşıyan təminat avtomobilləri Laçın dəhlizindən keçib.
Bu barədə məlumatı Ednews-un Şuşaya ezam olunmuş əməkdaşı Əbülfət Baxşəli verib.
"Rus sülhməramlıları yolu açdılar. Aksiya iştirakçıları da həmin avtomobillərin keçməsi üçün şərait yaratdılar. İki xüsusi maşın "Vaz" və "Kamaz" markalı avtomobillər rahatlıqla əraziyə daxil oldular.
Erməni mətbuatında isə bildirilirdi ki, yol azərbaycanlı aksiyaçılar tərəfindən bağlanılıb. Bu hadisə onların dediklərini hərtərəfli təkzib etdi".
Əməkdaşımız həm də səhər saatlarında yaşananlardan da danışıb.
"Səhər erməni tərəfi daha bir dezinformasiya yaydılar ki, guya ərazidən təcili tibbi yardım avtomobili keçəcək. Əlbəttə ki, buna heç bir maneçilik törədilməyəcəkdi. Lakin axşam saatları olmasına baxmayaraq, heç bir təcili yardım əraziyə yaxınlaşmadı. Bu da növbəti erməni təxribatından xəbər verir. Ümumiyyətlə, indiyə qədər erməni tərəfindən bura heç kəs gəlməyib".
Nəzrin Beydiyeva