Laçın yolunda aksiya səhərə qədər davam edib - ednews.net

29 Yanvar,

(+994 50) 229-39-11

Laçın yolunda aksiya səhərə qədər davam edib

Siyasət A- A A+
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqları, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın yolunda aksiyanı səhərə qədər davam etdirib.
 
Ednews xəbər verir ki, aksiya yerində gecə boyu tonqallar qalanıb, şüarlar səslənib.
 
Etirazçılar şüarlarında ekoloji terrora, faydalı qazıntı yataqlarının ermənilər tərəfindən qeyri-qanuni istismarına son qoyulmasını, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan yataqlarda monitorinq aparılmasına şərait yaradılmasını, Rusiya sülhməramlılarının komandanı Andrey Volkovla görüş tələb edirlər.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...