Şuşa-Xankəndi yolunda Qarabağdakı ekoloji terrora qarşı etiraz edən azərbaycanlı fəalların və QHT nümayəndələrinin yenu tələbləri açıqlanıb.
Ednews xəbər verir ki, bunu aksiya iştirakçısı, jurnalist Taleh Şahsuvarlı özünün Facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, yeni tələblər bunlardır:
1.Qarabağ ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlılarının nəzarətində olan yerlərə sülhməramlılarla yanaşı Azərbaycanın dövlət qurumları da nəzarət etməlidir.
2.Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında Azərbaycanın bütün dövlət strukturlarının, o cümlədən Daxili İşlər Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin nəzarəti bərpa edilsin.
3.Laçın istiqamətində Ermənistanla sərhəddə Azərbaycan Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin ayrıca postları yaradılsın.