"Ermənistan hökuməti axmaqlıq edib və göstərib ki, onlar üçün Ermənistanın xaricdəki dəstəyindən daha çox partiya üstünlükləri önəmlidir".
Ednews 168.am-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulin deyib.
O bildirib ki, hökumət bunu başa düşdü və indi özünü qorumağa çalışır. Zatulin Rusiya-Ermənistan münasibətlərini dəstəklədiyini qeyd edib.
Rusiyalı deputat, həmçinin xatırladıb ki, İrəvan hakimiyyəti onu arzuolunmaz şəxs elan etdiyi üçün Ermənistana səfər etməyib.