Azərbaycan Fələstin xalqının öz müqəddəratını təyinetmə hüququnu təsdiq edən qətnaməyə “lehinə” səs verib.
Ednews xəbər verir ki, qətnamə BMT Baş Assambleyasında qəbul edilib.
Qeyd edək ki, qərara ümumilikdə 182 ölkə səs verib. Bunlardan 167-si “lehinə”, 6-sı “əleyhinə” səs verib. Doqquz ölkə isə səsvermədə bitərəf mövqe nümayiş etdirib.