Roma Papası Fransisk ağır xəstələnəcəyi halda taxtdan imtina sənədinə qol çəkib.
Ednews xəbər verir ki, bu barədə informasiyanı xarici mətbuat yayıb.
Mənbə xatırladır ki, dekabrın 17-də Papanın 86 yaşı tamam olub.
Fransisk (Xorxe Mario Berqoglio) 13 mart 2013-cü ildə XVI Benediktin taxtdan əl çəkməsindən sonra 266-cı Papa seçilib.