Bakının Nizami rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Ednews report.az-a istinadən xəbər verir ki, avtomobil yolu keçən 2017-ci il təvəllüdlü Ələsgərli Cahid Tural oğlunu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.