Bəzi dövlətlər erməni yalanlarına inanmaqla saxta, siyasi mənzərə yaradırlar - Tofiq Abbasovdan ŞƏRH - ednews.net

9 Fevral, Cümə axşamı

(+994 50) 229-39-11

Bəzi dövlətlər erməni yalanlarına inanmaqla saxta, siyasi mənzərə yaradırlar - Tofiq Abbasovdan ŞƏRH

Siyasət A- A A+

Xəbər verdiyimiz kimi, dekabrın 20-də BMT-nin Təhlükəsizlik Şurasında Ermənistanın müraciəti əsasında Laçın-Şuşa yolunda baş verən son proseslər ilə bağlı növbədənkənar iclas keçirilib.

İclas zamanı bəzi dövlətlərin, xüsusilə Ermənistan, Fransa, ABŞ və Britaniyanın daimi nümayindələri Azərbaycana qarşı qərəzli və əsassız açıqlamalar veriblər.

Məsələ ilə bağlı Ednews-a açıqlamasında siyasi şərhçı Tofiq Abbasov qeyd edib ki, BMT-nin Təhlükəsizlik Şurasında bəzi dövlətlər öz səhvlərini görməzdən gələrək ermənilərin yalanlarını müdafiə edirlər.

Onun sözlərinə görə, bu dövlətlərin nümayindələri Qarabağda gedən son proseslərdən tam xəbərsizdirlər.

“Təhlükəsizlik Şurasında bəzi dövlətlərin nümayindələri ərazilərimizdə real hadisələr barədə məlumatları yoxdur. Məyusluq odur ki, onlar erməni mənbələrində qeyd olunan yalan məlumatlara inanmaqla saxta siyasi mənzərə yaratmağa çalışırlar. Məsələ burasındadır ki, ortada Laçın dəhlizi yoxdur, bu sadəcə ərazilərimizin içərisindən keçən qısa bir yoldur. Bu yol Azərbaycanın mülkiyyətinə məxsusdur. Heç kəsin bizə məxsus ərazidə və ya hər hansı yolda göstəriş verməyə ixtiyarı yoxdur.  O ki qaldı yolun bağlanmasına, bizim nümayişçilər əksinə yoldan humanitar məqsədlər üçün istifadə edilməsinə imkan yaradırlar. Heç bir problem və əngəl törətmirlər. Bizim dərdimiz yol dərdi deyil. Bizim əsas məqsədimiz sülhməramlıların müvəqqəti nəzarəti altında olan ərazilərimizdə təbii sərvətlərimizin qanunsuz istismarını və talanmasını dayandırmaq, torpaqlarımızın zəhərlənməsinə və ətraf-mühitin korlanmasına son qoymaqdır. Biz heç kəsə təbiətimizə zərər vurmağa imkan verə bilmərik. Digər tələbimiz isə Ruben Vardanyan və onun kimi radikal ünsürlərin torpaqlarımızdan rədd olub getməsidir”.

T.Abbasov vurğulayıb ki, BMT-nin Təhlükəsizlik Şurasında dövlətlər subyektiv mövqeni bir kənara qoymalı və regionda proseslərə düzgün yanaşmalıdırlar.

“Başda Fransa olmaqla Rusiya və ABŞ-ın bəzi dairələri Ermənistanın və erməni lobbisinin yalanlarını təbliğ edirlər və dəstəkləyirlər. Bu da radikal erməni millətçilərinə ərazilərimizdə təxribatlar törətməyə sövq edir. Ermənilər onsuz da gərginlik yaratmaqla məşğuldur və qonşularına qarşı təcavüzkar siyasəti davam etdirirlər. Əgər Təhlükəsizlik Şurasının üzvləri, həqiqətən bölgəmizdə problemlərin həll olunmasını istəyirlərsə, mütləq şəkildə proseslərə rasional və sağlam düşüncə ilə yanaşmalıdırlar. Ermənilərin saxta mənbələrinə inanmamalı, onların yalanlarını dünya ictimaiyyətinin diqqətindən kənar etməlidirlər”. 

Sonda Tofiq Abbasov vurğulayıb ki, Azərbaycan hər zaman hüquqi və rasional siyasi addımlar atmaqla Ermənistanın, erməni lobbisinin və onların havadarlarının təbliğatına qarşı ciddi mübarizə aparmağı davam etdirəcək.

“Təhlükəsizlik Şursında daimi nümayindəmiz Yaşar Əliyev kifayyət qədər tutarlı əsaslarla artıq bir çoxlarının cavabını verib. Ermənistanın Laçın yolu ilə bağlı hər hansı tələb qoymağa heç bir hüquqi əsası yoxdur. Bu yol bağlanmayıb. Eko-aktivistlərimizin nümayişləri davam etməsinə baxmayaraq, bu yol ilə hələ də Xankəndinə humanitar yüklər, tibbi yardımlar daşınır. Ermənilər dünya ictimaiyyətini nə qədər çaşdırmağa çalışsalar da, biz də onları susdurmaq üçün lazımi və ciddi dəlillər irəli sürəcəyik”.

Yunis Abdullayev



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...