Avropa İnsan Haqları Məhkəməsi Ermənistanın təklifini - RƏDD ETDİ - ednews.net

8 Fevral, Çərşənbə

(+994 50) 229-39-11

Avropa İnsan Haqları Məhkəməsi Ermənistanın təklifini - RƏDD ETDİ

Siyasət A- A A+
Avropa İnsan Haqları Məhkəməsi İrəvanın Laçın yolunun “açılması” üçün Bakıya müvəqqəti tədbirlər tətbiq etmək tələbini rədd edib.
 
Ednews xəbər verir ki, bu barədə informasiya Telegram kanallarında yer alıb.
 
Mənbə xatırladır ki, Ermənistan hökuməti Laçın yolunun “açılması” üçün Azərbaycana qarşı müvəqqəti tədbirlər görülməsini tələb edib.
 
Onların fikrincə, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ağır xəstələrin və digər ermənilərin təhlükəsiz keçidinə icazə verilməlidir.
 
İrəvan hesab edir ki rəsmi Bakı təbii qazın verilməsini bərpa etməyi öhdəsinə götürməlidir.
 
Yeri gəlmişkən, Laçın yolu rus sülhməramlıları tərəfindən başlanmışdı. İndi isə humanitar məqsədlər üçün açıqdır. Ancaq Azərbaycan həmin yoldan separatçılara silahların daşınmasına, faydalı qazıntıların Ermənistana aparılmasına icazə verməyəcək.
 
Bu, rəsmi Bakının net cavabıdır. Elə bu baxımdan adı çəkilən yolda fəalların aksiyası 11 gündür ki, davam edir.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...