“Minalarla bağlı problemi ancaq sülh müqaviləsi imzalamaqla həll etmək olar”.
Ednews xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycanlı həmkarı Ceyhun Bayramovla Moskvada danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.
Rusiya XİN başçısı çıxışında Qarabağın Azərbaycanın ərazisi olduğunu da vurğulayıb.
“Qarabağ problemi Sovet İttifaqının dağılmasından miras qalıb. Sözügedən mədənlər də sovet dövründən işlənib”, - deyə Lavrov qeyd edib.
Rusiya XİN rəhbəri qeyd edib ki, bu hüquqi məsələyə son qoyulmalıdır:
"Bir neçə həftə əvvəl Rusiya sülhməramlılarının vasitəçilik səyləri nəticəsində ictimai rəyi sakitləşdirmək üçün Qarabağ ərazisindəki şaxtalardan birinə baş çəkmək barədə razılıq əldə olunub. Təəssüf ki, bu razılaşma pozuldu və razılaşma nə Azərbaycan nə də Rusiya tərəfindən pozulmadı".