Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın yolunda aksiyanı davam etdirir.
Ednews APA-ya istinadən xəbər verir ki, aksiya baş tutan ərazidə tonqallar qalanır. Havanın soyuq və şaxtalı olmağına baxmayaraq ekofəallar da aksiya bu gecə də davam etdirəcəklərini bildiriblər.