Xankəndi-Laçın yolunda aksiya keçirilən yerdən Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobillərin hərəkət etməsinə şərait yaradılıb.
Ednews apa.az-a istinadən xəbər verir ki, bu gün səhər aksiya keçirilən yerdən keçərək Laçın istiqamətinə gedən BQXK-ya məxsus 3 avtomobil yenidən Xankəndiyə qayıdıb.
BQXK-ya məxsus avtomobillərin yoldan maneəsiz keçməsinə şərait yaradılıb.