Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz aksiyasının keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinin (RSK) nəqliyyat vasitələrinin sərbəst keçidi davam edir.
Ednews Apa-ya istinadən xəbər verir ki, bu gün sülhməramlılara məxsus bir minik, dörd təminat maşını Laçından Xankəndinə maeəsiz keçid edib.
Aksiya iştirakçıları avtomobillərin hərəkəti üçün dəhliz açıb.