“İranda adambaşına düşən digər ölkələrlə müqayisədə daha çox insan edam edilir”.
Ednews xəbər verir ki, bunu "Report"a müsahibəsində İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.
Onun sözlərinə görə İran rejimindən, onun qadınlarla bağlı siyasətindən və ifadə azadlığından hamı əziyyət çəkir:
“Evin həbsxanasında hər gün insanlara işgəncə verirlər. İnsanları sırf öz fikrini ifadə etdiyinə, azadlığı dəstəklədiyinə görə asırlar. Bu insanların bütün arzusu azad olmaq, hər bir azərbaycanlının, hər bir israillinin normal həyat sürməsidir".