Fransa ekoaktivistlərindən Makrona "tərs sillə" - Hökumət qapısı "kraskalandı" - VİDEO - ednews.net

9 Fevral, Cümə axşamı

(+994 50) 229-39-11

Fransa ekoaktivistlərindən Makrona "tərs sillə" - Hökumət qapısı "kraskalandı" - VİDEO

Siyasət A- A A+

Fransanın prezidenti Emanuel Makron ölkəsində ekoaktivistlərin başlatdığı aksiyalara sərt reaksiya verməsi ilə dünya gündəmindədir.

Ednews pravilamag.ru nəşrinə istinadən xəbər verir ki, hökumət ekoaktivistlərin keçirdiyi aksiyaları polisin aqressiyası ilə dağıtmağa cəhd göstərir. Son baş verən aksiyaların birində nümayişçilər hökumət evinə hücum çəkərək Makrona qarşı etirazlarını darvazanı narıncı rəngə boyayaraq ediblər. Narıncı rəng  Fransada inqilab simlovudur. Polisin aqressiv müdaxiləsindən sonra etirazçılar oradan uzaqlaşdırılıb, bir neçəsi saxlanılıb.

Yayılan videoda 20 və 22 yaşlı iki gəncin saxlanma anı əks olunub. Onların əynində “Kimdir günahkar?” yazılmış köynəklər olub.

Etriazçılar şüarlar səsləndirərək bunları deyiblər: "Üsyan çağırışlarımızın eşidilməsini təmin etmək üçün qeyri-zorakı vasitələrdən istifadə etməyə davam edəcəyik".

Bəyanata görə, məsələ ölkənin Dövlət Şurasının qərarında tələb olunduğu kimi, iqlim dəyişikliyi ilə mübarizəni gücləndirmək üçün dövlətin kifayət qədər fəaliyyət göstərməməsindən gedir.

Maraqlıdır, öz ölkəsində etiraz aksiyalarına sərt təpki göstərən Makron, hansı səbəbdən Şuşa- Xankəndi yolunda azərbaycanlı ekoaktivistlərinin başladıqları etirazlar üçün  Ermənistana belə humanist davranır? Onların guya " tapdalanan haqqlarını" BMT- də müzakirəyə çıxarır?

Öz ölkəsində davam edən aksiyalara tab gətirə bilməyən Fransa rəhbəri hələ utanmadan BMT-də Azərbaycana qarşı sənəd təqdim edir. Lakin iclasda onun sənədi səs yığa bilmədi və Makron bir daha Ermənistana görə rəzil oldu.

Deyəsən Makron özünə umac ova bilməsə də, Ermənistana əriştə kəsmək istəyir.

Xatırladaq ki, 2022-ci ilin dekabrın 12-də azərbaycanlı ekofəallar Xankəndidən Ermənistana gedən Laçın yolunun Şuşa şəhəri yaxınlığından keçən hissəsində Rusiya sülhməramlılarının postunun yanında  aksiya Azərbaycan ərazilərində təbii ehtiyatların qanunsuz istismarına qarşı etiraz aksiyası keçirirlər.

Qeyd edək ki, ötən ilin dekabrın 20-21-də Fransa azərbaycanlı ekoaktivistlərin Laçın dəhlizindəki aksiyası ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasını çağırıblar. Laçın-Xankəndi yolundakı vəziyyəti “humanitar fəlakət” kimi təqdim edən riyakar və tam ermənipərəst mətn hazırlanıb. Lakin səs vermə nəticəsində Fransanın heç bir tərəfdaşı olmadığına görə məsələ müzakirəyə belə çıxarılmadı. Hazırda Laçın dəhlizində aksiyanın 27-ci günüdür.  

Oğuz Ayvaz



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...