Xəbər verdiyimiz kimi, Baş nazir Nikol Paşinyan 2021-ci il martın 1-də keçirilən mitinqdə bəyan edib ki, 2008-ci ilin martında Ermənistan liderləri ordunu xalqa qarşı qaldırıb və vətəndaşları güllələmək qərarına gəliblər. O, həmçinin bildirib ki, bu işdə təqsirləndirilən şəxslər var və onlar hazırda məhkəmədədir. Bu açıqlamaya görə, 2008-ci ilin martında prezident olan Robert Köçəryan ədalətli məhkəmə hüququnu pozduğuna görə Paşinyana və Ermənistana qarşı iddia qaldırıb.
Bu iddia məhkəmədə hakim Sergey Saakyan tərəfindən rədd edilib.
Ednews xəbər verir ki, informasiya “Datalex” məhkəmə informasiya saytında yer alıb.
Müdafiə tərəfi eks-prezidentin xeyrinə 5 min dollar təzminatın alınmasını və baş nazirdən 2021-ci ildə İrəvanda Respublika meydanında verdiyi bəyanatları açıq şəkildə təkzib etməyi tələb edib.
Vəkillərin fikrincə, 2008-ci il martın 1-də baş verən hadisələrdə Köçəryanın təqsirsizliyinə şübhə ilə yanaşırlar.
Məhkəmə qərarına əsasən təzminatın ödənilməsi ilə bağlı iddialar əsassız hesab edilib.