Macarıstanın Baş naziri: “Rusiyaya qarşı sanksiyalar aradan qaldırılmalıdır” - ednews.net

31 Yanvar, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Macarıstanın Baş naziri: “Rusiyaya qarşı sanksiyalar aradan qaldırılmalıdır”

Siyasət A- A A+

Macarıstanın Baş naziri Viktor Orban deyir ki, Rusiyaya qarşı sanksiyalar qaldırılarsa, enerji qiymətləri və inflyasiya ilə bağlı problemlər aradan qalxar

Ednews xəbər verir ki, baş nazir bildirib ki, Avropa İttifaqının Ukrayna müharibəsi səbəbindən Rusiyaya qarşı sanksiyaları yanlış addımdır və buna son qoyulmalıdır.

Macarıstan dövlət radiosuna danışan Viktor Orban əlavə edib ki, Rusiyaya qarşı sanksiyalar qaldırılarsa, enerji qiymətləri və inflyasiya yarıya enəcək.

Orbanın sözlərinə görə, siyasi qərar Aİ bloku tərəfindən qəbul edilməlidir.

"Müharibədə Amerikanın qalib gəldiyi, Avropanın isə uduzduğu dəqiqdir. Rusiyanın qazanıb-udmaması ilə bağlı mübahisələr var. Əgər maddi baxımından danışsaq, Rusiyanın çox şey itirdiyini demək yanlış olar", - deyə o bildirib.

Orban deyib ki, Macarıstanın sanksiyaları təkbaşına aradan qaldırmaq gücü yoxdur, lakin Almaniya və ya Fransa kimi böyük dövlətlər bunu edə bilər.

Macarıstan dəfələrlə Brüsseli davam edən enerji böhranı fonunda blokun sanksiyalarının ayrı-ayrı üzv dövlətlərə təsirini qiymətləndirməyə çağırıb.

Elnur Ənvəroğlu



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...