"Baykar" şirkətində "Bayraktar AKINCI” pilotsuz uçuş aparatlarının istifadəsinə dair kurs keçən azərbaycanlı hərbçilərin buraxılış mərasimi baş tutub.
Ednews-un verdiyi xəbərə görə, bu barədə ölkəmizin Türkiyədəki səfiri Rəşad Məmmədov “Twitter“ hesabında məlumat paylaşıb.
Qeyd edək ki, mərasimdə Azərbaycanın Türkiyədəki Səfirliyinin hərbi attaşesi Müşfiq Məmmədov da iştirak edib.