İtaliya qəzeti azərbaycanlı ekofəalların aksiyasından yazdı

Siyasət 03:33 18.01.2023
İtaliyanın aparıcı mətbuat orqanlarından olan “l'Opinione” qəzeti azərbaycanlı ekofəalların Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdikləri etiraz aksiyasından yazıb. Ednews AZƏRTAC-a istinadən xəbər verir ki, ölkəmizə ezam olunan qəzetin əməkdaşı Domeniko Letisiya məqaləsində azərbaycanlı ekofəalların keçirdiyi aksiya ilə beynəlxalq ictimaiyyətin diqqətini Azərbaycanın Qarabağ bölgəsindəki faydalı qazıntı yataqlarının yerli ermənilər tərəfindən qanunsuz istismarına və ekologiyaya vurulan ziyana yönəltdiklərini qeyd edir. Bildirilir ki, Üçtərəfli Bəyanata uyğun olaraq, 2020-ci ilin noyabrında İkinci Qarabağ müharibəsindən sonra yola nəzarət üçün buraya müvəqqəti olaraq Rusiya sülhməramlıları yerləşdirilib. Ekofəallar Qarabağda ermənilərin qanunsuz istismar etdiyi faydalı qazıntı yataqlarına çıxışını pisləyir. Yazıda siyasi ekspert, analitik Orxan Amaşovun fikirlərinə yer verilir. Azərbaycanlı analitik ərazilərimizin otuz illik işğalı dövründə Ermənistanın beynəlxalq hüquq normalarını açıq şəkildə pozaraq, Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan Laçın rayonunda qeyri-qanuni məskunlaşma siyasətin apardığını qeyd edir. “Biz Azərbaycanın təbii ehtiyatlarının qanunsuz istismarına etiraz edirik, ətraf mühiti qorumaq üçün mübarizə aparırıq. Biz səssiz qala bilmərik və buna göz yuma bilmərik, çünki region mühüm ekoloji irsə malikdir və qeyri-qanuni hasilatın nəticələri geri dönməz ola bilər. Ermənistan silahlı qüvvələri Üçtərəfli Bəyanatın 4-cü maddəsində nəzərdə tutulduğu kimi həmin ərazini tərk etməli idi, lakin bu baş vermədi. Onlar nəinki ərazini tərk etməkdən imtina ediblər, həm də İsveçrədəki şirkətin cəlb edilməsi yolu ilə qeyri-qanuni mis və qızıl hasilatı ilə məşğul olublar. Ərazimizin təbii sərvətləri qeyri-qanuni olaraq, heç bir dayanıqlılığa nəzarət edilmədən və dövlət icazəsi olmadan istismar olunur. Bu qanunsuz əməllər ətraf mühitin çirklənməsinə, regionun gələcəyində ciddi fəsadlar yaradacaq problemlərə səbəb olur. Hesab edirik ki, bu vəziyyət dərhal nəzarətə götürülməli və Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyi coğrafi ərazidə yerli mühitin monitorinqi aparılmalıdır”, - deyə O.Amaşov bildirir. “Böyük təəssüf hissi ilə qeyd edirik ki, beynəlxalq media bizim istədiklərimizə və haqlı tələblərimizə diqqət yetirmək əvəzinə, Ermənistanın yalan məlumatlarını yayımlayır. Biz bütün mülki vasitələrin və humanitar yardımların yoldan keçməsinə şərait yaradırıq. Artıq müəyyən qələbələrimiz olub. Ehtiyatların qeyri-qanuni hasilatı ilə məşğul olan “Base Metal” mədən şirkəti ərazidəki fəaliyyətini dayandırıb. Lakin hesab edirik ki, ekoloji vəziyyətin monitorinqi regionun gələcəyini təmin etmək üçün əsas tələbdir. Ona görə də biz aksiyanı davam etdiririk”, - deyə analitik qeyd edir. Qəzetin əməkdaşı vurğulayır ki, ətraf mühitə dəymiş ziyanın həcmini müəyyənləşdirmək üçün baş verənlər izlənilməli, qiymətləndirilməli və müvafiq tədbirlər görülməlidir. Ekofəallar deyirlər ki, ətraf mühit ekspertləri və Rusiya kontingentinin yüksək komandanlığı ilə çoxsaylı görüşləri olub, lakin hələlik razılıq əldə edilməyib: “Nə baş verdiyini aydın təsəvvür etmək üçün monitorinq aparmalıyıq. Beynəlxalq ictimaiyyət artıq Oxçuçayın çirklənməsinin şahidi olub və suyun təhlili mədən işlərinin nəticəsi olan ağır metalların kütləviliyini göstərir. Laçın yolundan qeyri-qanuni hasil edilən faydalı qazıntıların daşınması üçün düzgün istifadə edilməməsi böyük iqtisadi və ekoloji problemlər yaradır. Əraziyə düzgün nəzarət edilsəydi, bölgədə ekoloji fəlakətin qarşısı alınardı. Bizim aksiyamız piyada əleyhinə minaların, sursatların, silahların və qeyri-qanuni xammalın keçidindən yayınaraq, marşrutun yalnız humanitar yüklərin daşınması üçün istifadə olunmasını təmin edir. Biz həmişə humanitar yardımların və Rusiya kontingentinin maşınlarının keçməsinə icazə vermişik. Üçtərəfli Bəyanat qüvvəyə mindikdən sonra Ermənistan dəfələrlə razılaşmaları pozaraq, Laçın yolundan qanunsuz məqsədlər üçün istifadə edib. Bu gün soyuq və şaxtalı hava şəraitində bədənimizi və mətanətimizi siyasi fəaliyyətin mərkəzinə qoyuruq və aksiyamızı dayandırmırıq. Biz öz torpağımızın, ətraf mühitimizin məhvinə yol verə bilmərik. Əgər uğursuz olsaq, gələcək nəsillər regionun və ətraf mühitin sərvətlərindən istifadə edə bilməyəcəklər. Biz dünyadakı bütün vətəndaşlardan ətraf mühitimizi və torpağımızı qorumaq üçün burada olduğumuzu və heç bir başqa ərazini işğal etmədiyimizi və ya vətəndaşı qətlə yetirmədiyimizi anlamalarını xahiş edirik. Bir daha deyirəm ki, Laçın yolu Azərbaycanın ərazisidir və bizim müvafiq qurumlarımız ona nəzarət etmək imkanına malik olmalıdır”.
Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi - VİDEO

Xəbər xətti

Ermənistan: Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi qəbuledilməzdir
Ermənistan: Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi qəbuledilməzdir
18:00 20.04.2024
Vaşinqtondan Bakıya DƏSTƏK: ABŞ səfirinin Qarabağa ilk səfərinin TƏFƏRRÜATI
17:49 20.04.2024
Ukrayna buna görə Britaniyanı gönahlandırır
Ukrayna buna görə Britaniyanı gönahlandırır
17:40 20.04.2024
Azərbaycanın strateji valyuta ehtiyatları 69 mlrd. dolları ötüb
17:20 20.04.2024
Azərbaycan İranın ən çox motosiklet ixrac etdiyi ölkələr arasında YER alıb
17:00 20.04.2024
Enerji səmərəliliyi üzrə yol xəritəsi hazırlanır
16:40 20.04.2024
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
ANS-in keçmiş aparıcısı baş redaktor təyin edilib
16:20 20.04.2024
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
Rusiya Dünya Dostluq Oyunları bəyanatını qəbul edib
16:00 20.04.2024
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
Rusiya Zoporojye nüvə təhlükəsini Qərb tərəfindən ciddi qəbul edilmədiyini bildirib
15:40 20.04.2024
Mövsümündə yetişməyən meyvə və tərəvəz XƏRÇƏNG YARADIR - Ekspertdən AÇIQLAMA
15:20 20.04.2024
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
BMT Sudanda çoxlu sayda insanın həlak olacağını açıqlayıb
15:00 20.04.2024
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
Antalyada avtobus aşdı: Çox sayda yaralı var
14:40 20.04.2024
Cəlil Xəlilov: Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi Prezidentimizin tarixi uğuru, tarixi qələbəsidir
14:20 20.04.2024
Cavanşir Məmmədovun dəfn olunacağı yer açıqlandı
14:14 20.04.2024
Keniya nümayəndə heyəti Azərbaycana SƏFƏR edəcək
13:59 20.04.2024
Paşinyan: Rus sərhədçiləri Tavuşdakı postları tərk edəcək
13:56 20.04.2024
Paşinyandan dünənki razılaşma ilə bağlı daha bir AÇIQLAMA
13:38 20.04.2024
Zakir Həsənov Ermənistanla delimitasiya prosesinin effektiv həyata keçirilməsi üçün tapşırıq VERİB
13:20 20.04.2024
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
TƏBİB-dən Cavanşir Məmmədovun ölümü ilə bağlı açıqlama
13:14 20.04.2024
Medianın İnkişafı Agentliyi jurnalistlərə ÇAĞIRIŞ edib
13:06 20.04.2024
Əməkdar artist Cavanşir Məmmədov vəfat etdi
13:02 20.04.2024
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir
12:56 20.04.2024
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
Paşinyan: Ermənistan və Azərbaycan ilk dəfə olaraq bu məsələni danışıqlar masası arxasında həll edib
12:43 20.04.2024
Bakı-Sumqayıt yolunda sıxlıq: Səbəbi açıqlandı
12:29 20.04.2024
İsveç XİN rəhbəri Azərbaycan-Ermənistan delimitasiya komissiyasının əldə etdiyi razılaşmanı müsbət qiymətləndirib
12:16 20.04.2024
Sabah 30 dərəcə İSTİ olacaq
12:01 20.04.2024
Bakıda sevgilisini öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi başlanılıb
11:35 20.04.2024
Sevimli səhnə ustası Nəsibə Zeynalovanın doğum günüdür
11:25 20.04.2024
Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
11:20 20.04.2024
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
11:15 20.04.2024
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
Azərbaycanın Əməkdar artisti 49 yaşında dünyasını dəyişib
11:05 20.04.2024
Rusiyanın səkkiz bölgəsinə 50 PUA ilə hücum olub
10:56 20.04.2024
Azərbaycan neftinin qiyməti 89 dollara yaxınlaşıb
10:50 20.04.2024
İran İsrailin hərbi hava texnikalarını "oyuncaq" adlandırıb - VİDEO
10:40 20.04.2024
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
“Qarabağ” “Qəbələ”yə, “Neftçi” “Zirə”yə qarşı
10:30 20.04.2024
Bakıda 29 dərəcə isti var
10:20 20.04.2024
Bu gün yazıçı Çingiz Hüseynovun doğum günüdür
10:15 20.04.2024
Azərbaycanlılara qarşı soyqırımlar... Sulduz qətliamı... -FOTOLAR
10:08 20.04.2024
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
"Hazırki Aİ rəhbərliyini dəyişmək lazımdır" - Viktor Orban
10:06 20.04.2024
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
Napoleon nəslinin nümayəndəsi Fransanın gələcəyi haqqında bunları dedi
09:59 20.04.2024
Hamısı