“Çin hazırda diqqəti daxili məsələlərdən yayındırmaq üçün çalışır. Tayvanı işğal etməsi reallığı da artmaqdadır”.
Ednews habertürk-ə istinadən xəbər verir ki, bu sözləri Tayvanın xarici işlər naziri Cozef Vu bildirib.
Onun fikrincə, Tayvanın özünü idarə etdiyi, lakin rəsmi olaraq müstəqilliyini elan etmədiyi mövcud "status-kvo" müddəası "əbədi davam edə bilməz". Cozef Vu hesab edir ki, 2027-ci ildə Xi Jinping dördüncü müddətə gedəcək.
"Əvvəlki üç müddətdə o, fəaliyyəti dövründə hər hansı bir uğur nümayiş etdirə bilməsə, mirası adlandıra biləcəyi başqa bir şey haqqında düşünməli ola bilər". Tayvanın xarici işlər nazirinin sözlərinə görə, ada "onun günah keçisi ola bilər".
Əvvəllər Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns bildirmişdi ki, bu onillikdə Tayvan üzərində hərbi münaqişə ehtimalı artacaq. Tayvanın baş qərargah rəisi Tsai İnq-ven də Çindən real işğal təhlükəsinin olduğunu bildirib. Eyni zamanda Pentaqonun rəhbəri Lloyd Ostin qeyd edib ki, ABŞ administrasiyası Çin hakimiyyətinin Tayvanı işğal etmək niyyətində olduğuna ciddi şübhə edir.
Oğuz Ayvaz