Ermənistan Müdafiə Nazirliyinin bölmələrindən birinin şəraiti ilə bağlı fotolar yayılıb.
Ednews Bizim.Media-ya istinadən xəbər verir ki, acınacaqlı vəziyyətdə olan hərbi hissənin fotoları Ermənistanın “Telegram” kanallarında yayılıb.
Məlumata görə fotolar Sünikdə yerləşən hərbi hissədən birinə məxsus bölmədə çəkilib.
Qeyd olunan faktlarla bağlı yerli KİV-ə açıqlama verən Ermənistan müdafiə nazirliyinin sözçüsü Aram Torosyan faktın araşdırıldığını deyib.
Qeyd edək ki, Basarkeçərin Azad kəndində baş verən yanğın hadisəsindən sonra Ermənistan ordusunun bölmələrində olan çətinliklər və şəraitsizliklər ordu daxilində ciddi çaxnaşmaya səbəb olur.
Ermənistan hökuməti bunu nə qədər gizlətməyə çalışsa da sosial şəbəkə fəalları sadalanan halları faktlarla təqdim edir.