Avropa Parlamentindən Azərbaycana qarşı QƏRƏZLİ MÖVQE Qarabağda yaşayan ermənilərin hüquqları qorunmalıdır

Siyasət 14:36 21.01.2023
“Avropa Parlamentinin qəbul etdiyi bu qətnamə bir daha onu göstərir ki, beynəlxalq səviyyədə erməni lobbisi ilə əməkdaşlıq edən siyasi qüvvələr hər zaman Azərbaycana və Türkiyəyə qarşı səfərbər olublar. İndi də səfərbərdirlər”.
 
Bu sözləri Ednews-a açıqlamasında siyasi analitik Tofiq Abbasov Avropa Parlamentinin Qarabağla bağlı Azərbaycana qarşı növbəti qərəzli qətnaməsindən danışarkən deyib. 
 
Tofiq Abbasov həmçinin qeyd edib ki, avropalı parlamentarilər hər zaman olduğu kimi həqiqətləri görməzdən gələrək özlərini lal və kar kimi aparırlar.  
 
“Onlar ölkəmizlə bağlı həqiqətləri görmək, eşitmək istəmirlər. Məqsədyönlü şəkildə erməni yalanlarına uyurlar, onların yedəyində gedərək bizi sıxışdırmağa çalışırlar. Bu, həqiqətən regionda sülh prosesinə vurulan bir zərbədir. Əgər onlar Azərbaycanın mövqeyini daha yaxından izləsəydilər, faktiki olaraq görərdilər ki, Laçın yolunda heç bir blokada yoxdur. Həmçinin avropalı parlamentarilər Azərbaycan rəhbərliyinin dəlillərini və sübutlarını nəzərdən keçirib görməlidirlər ki,  ermənilər vəziyyəti gərginləşdirmək üçün Laçın yolu ilə Qarabağa müxtəlif silah-sursat daşıyırlar, özbaşnalıqlar edirlər”. 
 
Avropa Parlamentinin dəfələrlə Azərbaycana qarşı qərəzli mövqe sərgilədiyini deyən Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu isə qeyd edib ki, Avropa parlamentinin deputatları Cənubi Qafqazda hazırki siyasi proseslər, gedişatlar barədə məlumatları, təsəvvürləri yoxdur. Onun sözlərinə görə, avropalı parlamentarilər Azərbaycan ərazisində yaşayan ermənilərin sayını təhrif edirlər. 
 
“Avropa Parlementinin deputatları davranışları ilə sübut edirlər ki, Avropanın mövqeyi təcavüzkar və ağır məğlubiyyətə uğradılan Ermənistanı xilas etməyə yönəlibdir. Praqa görüşündən sonra Avropanın bəzi dairələri Azərbaycanın təşəbbüsü ilə başladılan sülh prosesini əngəlləmək üçün min cür oyundan çıxırlar.  Onlar iddia edirdilər ki, Azərbaycanın irəli sürdüyü şərtlər əsasında Ermənistanla münasibətlər normallaşa bilməz. Ən maraqlısı odur ki, onlar yenidən Madrid Prinsiplərini gündəliyə gətirməyə çalışırlar. Avropa Parlamentinin bu misilsiz riyakarlığı və qeyri-obyektiv mövqeyi bütövlükdə özlərinin başqa xalqlara və dövlətlərə sıramaq istədiyi dəyərlərə hörmət etmədiyini görsədir. Hesab edirəm ki, eko-aktivistlərimizin nümayişləri demokratiya uğrunda mübarizədə Avropa üçün də təqdirəlayiq dərs ola bilər. Avropalı rəsmilər bunu mütləq nəzərə almalıdırlar. Eyni zamanda onu da qeyd edim ki, Azərbaycanın iradəsi və əzmi ilə regionda sülh və təhlükəsizliyin bərpa olunması  istiqamətində münasib imkanlar yaranıbdır. Avropanın siyasi dairələri nə qədər çalışsalar da, bu imkanları aradan qaldıra bilməyəcəklər”. 
 
Xatırladaq ki, qərəzli qətnamədə  Qarabağda 120 min erməninin yaşaması və Laçın dəhlizində Azərbaycanı təmsil edən eko-fəalların Qarabağı Ermənistanla birləşdirən yolu bağlamaqla ermənilərin ərzaq, qida, dərman və yanacaqdan məhrum edilməsi barədə məlumatlar qeyd olunub.
 
Bununla da yetinməyən Avropa parlamenti hətta Azərbaycanı Qarabağda yaşayan ermənilərin hüquqlarını qorumağa, ermənilərə qarşı ayrı-seçkiliyə son qoymağa, onların orda dinc yaşamasına şərait yaratmağa çağırıb.
 
Yunis Abdullayev
 
Tarixçi alim Zaur Əliyev: "Ermənistan heç vaxt müstəqil dövlət olmayıb" - MÜSAHİBƏ - VİDEO

Xəbər xətti

Qazaxıstan Prezidenti BU ŞƏXSLƏRİN ölkəyə girişini qadağan edən qanun İMZALADI
04:22 17.05.2024
Beşiktaş” və “Fənərbağça” “Qarabağ”ın legioneri üçün hərəkətə keçdi
03:12 17.05.2024
Sərbəst güləş üzrə Azərbaycanın U-15 millisi Avropa çempionatının qalibi olub
02:11 17.05.2024
XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
01:00 17.05.2024
Ramil Şeydayevin komandası Türkiyə Superliqasına vəsiqə uğrunda matçda məğlub olub
00:14 17.05.2024
Kobaxidze: Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin Tbilisidə etirazlarda iştirakı təəssüf doğurur
23:45 16.05.2024
Polşanın sifariş verdiyi “Bayraktar”ların hamısı çatdırılıb
23:23 16.05.2024
Moldova parlamenti oktyabrın 20-nə Aİ-yə üzvlük haqqında referendum təyin edib
23:00 16.05.2024
Özbəkistanda mülki aviaşirkətlərin sayı 6 dəfə artıb
22:39 16.05.2024
Əli Əsədov Efiopiyanın baş nazirinin müavini ilə görüşüb
22:34 16.05.2024
Azərbaycan Basketbol Liqası: Final seriyasının ilk oyunu keçirilib
22:20 16.05.2024
Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilib
22:10 16.05.2024
FHN-in Gəncə Regional Mərkəzi Samuxda mülki müdafiə məşqi keçirib
22:00 16.05.2024
Perunun daxili işlər naziri istefa verib
21:40 16.05.2024
"Haber Global": Makron 17 min kilometr məsafədən Yeni Kaledoniyanı qarışdırdı
21:20 16.05.2024
Britaniya səfirliyinin nümayəndəsi Rusiya XİN-ə çağırılıb
21:00 16.05.2024
Aleksandr Lukaşenko: Qafqazda Azərbaycanın timsalında olduqca güclü, normal lider ölkə mövcuddur
20:45 16.05.2024
Azərbaycan I Liqası: "Şamaxı" lideri məğlub edərək zirvəyə yüksəlib
20:40 16.05.2024
Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar - YENİLƏNİB
20:33 16.05.2024
Belarus Prezidenti: Azad edilən ərazilərdə aqroşəhərciklər yaratmağa hazırıq
20:25 16.05.2024
Ərəb ölkələri Fələstinə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsinə çağırıb
20:20 16.05.2024
Lukaşenko: Belarus və Azərbaycanın qardaş xalqları arasında dərin hörmət və münasibətlər var
20:16 16.05.2024
Prezident: Azərbaycanın həll etdiyi münaqişə istisna olmaqla, dünyada mövcud münaqişələr həllini tapmır
20:10 16.05.2024
İlham Əliyev: Belarus şirkətlərini azad olunmuş ərazilərin bərpası prosesinə fəal qoşulmağa dəvət edirik
20:05 16.05.2024
Ədəbiyyat tarixinin ən kədərli HEKAYƏSİ
20:00 16.05.2024
Azərbaycanda iki teatra “milli” statusu verilib
19:48 16.05.2024
Ərdoğan İrakli Kobaxidzeni rəsmi mərasimlə qarşılayıb
19:36 16.05.2024
Biləsuvarda mağazalardan oğurluq edən yeniyetmələr saxlanılıb
19:25 16.05.2024
AzTV auditor seçir
19:14 16.05.2024
“Gülüstan” sarayında Prezident İlham Əliyevin adından Aleksandr Lukaşenkonun şərəfinə dövlət ziyafəti verilir
19:05 16.05.2024
Azərbaycanla Latviya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş rəsmi qəbul keçirilib
18:58 16.05.2024
Bakıda axtarışda olan qadın SAXLANILDI
18:45 16.05.2024
BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin konfransında Fransaya qarşı növbəti tələb səslənib
18:34 16.05.2024
Azərbaycan və Dünya Bankı AZURE layihəsini müzakirə edib
18:22 16.05.2024
EBRD Azərbaycanda iqtisadi artıma dair proqnozunu artırıb
18:10 16.05.2024
Slovakiya XİN İlham Əliyevə təşəkkür etdi
17:58 16.05.2024
Astara terminalı istifadəyə verildi - Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr
17:51 16.05.2024
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
Azərbaycanda baş həkim işdən çıxdı - YENİ TƏYİNAT
17:48 16.05.2024
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
Dünyada ən çox "WhatsApp+" istifadəçisi Azərbaycandadır
17:40 16.05.2024
Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra EDİLƏCƏK
17:35 16.05.2024
Hamısı