Azərbaycan Tennis Federasiyası erməni tennisçinin təxribatları HAQDA: “Mütləq cəzalanmalıdır” - VİDEO - VİDEO - ednews.net

8 Fevral, Çərşənbə

(+994 50) 229-39-11

Azərbaycan Tennis Federasiyası erməni tennisçinin təxribatları HAQDA: “Mütləq cəzalanmalıdır” - VİDEO - VİDEO

Siyasət A- A A+
Xəbər verdiyimiz kimi, tennis üzrə “Australian Open” turnirində Azərbaycana qarşı növbəti təxribata yol verilib. Yarışda Ermənistanla yanaşı, Qarabağdakı separatçı rejimin bayrağı açılıb. Bir qrup erməninin məqsədli şəkildə etdiyi təxribatçı əməl turnirdə Rusiyanı təmsil edən erməni əsilli tennisçi Karen Xaçanovun təşəbbüsü ilə yaponiyalı Yesehito Nisioka ilə görüş zamanı törədilib.
 
Həmçinin Xaçanov oyundan sonra yenidən kameranın obyektivinə “Sona qədər inanmağa davam edin. “Arsax”, (Qarabağdakı qondarma rejim) möhkəm ol” yazıb. Bundan sonra Azərbaycan Tennis Federasiyası (ATF) Rusiya Tennis Federasiyasına etiraz məktubu ünvanlayıb.
 
Ednews xəbər verir ki, ATF-nin icraçı direktoru Səbirə Abdullayeva qurumun məsələyə ciddi yanaşdığını bildirib.
 
Onun sözlərinə görə, Beynəlxalq Tennis Federasiyasına və Rusiya Tennis Federasiyasına idmançının yolverilməz hərəkəti ilə bağlı etiraz məktubu göndərilib:
 
“Ümid edirik ki, Xaçanovun belə hərəkətlərinin qarşısı alınacaq və növbəti yarışlarda bu cür hal yaşanmayacaq. Beynəlxalq federasiya və təşkilatçılar gələcəkdə mötəbər turnirlərdə belə halların təkrarlanmaması üçün tədbirlər görəcək. Ümid edirik ki, məsələ obyektiv olaraq öz həllini tapacaq. Düşünürük ki, tennisçinin bu cür münasibəti ölkəmizə qarşı böyük təxribatdır. Biz həmin oyunçu barəsində müəyyən cərimələr, sanksiyalar və onun turnirdən kənarlaşdırılmasını tələb etdik. O, etdiyi hərəkətə görə mütləq cəzalanmalıdır. Öz niyyətimizə, məqsədimizə çatmadan dayanmayacağıq. Onun bu hərəkəti tennisin nüfuzuna da xələl gətirir”.
 
Xatırladaq ki, Xaçanov yanvarın 20-də ABŞ tennisçisi Frensis Tiafonunu məğlub etdiyi görüşdən sonra da qələbə sevinci adı ilə kameraya ürək sözlərini yazıb. O, obyektivin üzərinə “Arsax, möhkəm ol” sözlərini qeyd edib. 
 
Azərbaycan Tennis Federasiyası həmin hadisədən sonra da Beynəlxalq Tennis Federasiyasına və Rusiya Federasiyasına etiraz məktubu ünvanlayıb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...