Avropa və NATO ölkələrinin Ukraynaya külli miqdarda silah-sursat, o cümlədən yeni nəsil tankları tədarük etməsi münaqişədə birbaşa iştirakı deməkdir.
Bu sözləri Kremlin mətbuat katibi Dmitri Peskov Moskvada keçirilən mətbuat konfransında bildirib.
Avropa ölkələrində və Vaşinqtonda daim bəyanatlar verilir ki, Ukraynaya silah sistemlərinin və tankların göndərilməsi heç də bu ölkələrin və alyansın Ukraynada gedən döyüşlərdə iştirak etmək anlamına gəlmir. Biz belə bəyanatlarla qətiyyən razılaşmırıq. – deyə Pekov qeyd edib.
Kremlin sözçüsü, həmçinin deyib ki, Moskvaya görə, Ukraynaya silah-sursat tədarük edənlər birbaşa Ukrayna müharibəsində iştirak edirlər.
O, əlavə edib ki, Moskva Ukraynaya silah tədarükünün getdiqcə artdığını görür.
Qeyd edək ki, ABŞ Ukraynaya Abraham tankları, Almaniya, İspaniya və Norveç isə Leopard 2 tankları göndərəcəyini bildiriblər
Ukrayna hökuməti Rusiyanın növbəti gözlənilən hücumunun qarşısının alınmasında digər silahlarla yanaşı tankların da lazım olduğunu bildirib.
Yunis Abdullayev