Azərbaycanın Cənubi Koreyaya təyin olunmuş səfiri Ramin Həsənov etimadnaməsini Prezident Yoon Suk Yeola təqdim edib.
Ednews xəbər verir ki, bu barədə azərbaycanlı diplomat "Twitter" hesabında məlumat verib.
"Azərbaycan və Koreya arasında münasibətlərin və əməkdaşlığın daha da möhkəmləndirilməsi üçün koreyalı dostlarla yaxından işləməyi səbirsizliklə gözləyirəm", - diplomat qeyd edib.