Azərbaycanın İrandakı səfirliyinə hücumun şəxsi zəmində olduğunu düşünmürük - XİN - ednews.net

20 Mart, Bazar ertəsi

(+994 50) 229-39-11

Azərbaycanın İrandakı səfirliyinə hücumun şəxsi zəmində olduğunu düşünmürük - XİN

Siyasət A- A A+
“Azərbaycanın İrandakı səfirliyinə hücumun həyata keçirilməsinin şəxsi zəmində olduğunu düşünmürük”.
 
Ednews xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “TRT Haber”ə açıqlamasında bildirib.
 
O qeyd edib ki, hücumla bağlı bütün məsuliyyət İran tərəfinin üzərinə düşür.
 
Ayxan Hacızadə əlavə edib ki, son aylarda İran mediasında anti-Azərbaycan təbliğatı geniş yer alıb.
 
“Bunun hücuma rəvac verdiyini düşünürük. Azərbaycan İranla hər zaman yaxşı qonşuluq tərəfdarı olub, İranın da buna müsbət cavab verəcəyini gözləyib. Lakin bu təxribatlar mənfi təsir göstərir”, - o əlavə edib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...