İran XİN sözçüsündən səfirliyimizə hücumla bağlı - AÇIQLAMA - ednews.net

20 Mart, Bazar ertəsi

(+994 50) 229-39-11

İran XİN sözçüsündən səfirliyimizə hücumla bağlı - AÇIQLAMA

Siyasət A- A A+
İran İslam Respublikasının XİN-nin sözçüsü Nasir Kənani Azərbaycan Respublikasının Tehrandakı səfirliyin silahlı hadisəni kəskin şəkildə pisləyib.
 
Bu barədə Ednews-a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib. 
 
İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani Azərbaycan Respublikasının Tehrandakı səfirliyinin girişində təəssüf ki, bir nəfərin ölümü ilə nəticələnən silahlı hadisəni kəskin şəkildə pisləyib.
 
Kənani səfirlik əməkdaşının ailəsinə, eləcə də Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı verərək deyib: 
 
“Dərhal hadisəyə polis və təhlükəsizlik qüvvələri müdaxilə edərək, hücumçunu həbs edib və hazırda dindirilir.”
 
Xarici İşlər Nazirliyinin sözçüsü daha sonra əlavə edib: 
 
“Ölkənin siyasi və təhlükəsizlik orqanlarının xüsusi göstərişi ilə hadisənin ölçülərini və hücum edənin motivini müəyyən etmək üçün yüksək prioritet və həssaslıqla məsələ araşdırılır. Kənani əlavə edib ki, müvafiq orqan və qurumlar tərəfindən aparılan ilkin araşdırmaların nəticələri bu hərəkətin arxasında şəxsi motivlərin dayandığını göstərir.
 
Buna görə də aidiyyəti hüquq-mühafizə, təhlükəsizlik və məhkəmə qurumlarının dərhal məsələni diqqətdə saxladığını nəzərə alaraq, KİV-lərə bununla bağlı etibarsız xəbərlər və spekulyasiyalar dərc etməkdən çəkinməsi tövsiyə olunur.
 
Kanani bununla bağlı daha ətraflı məlumatın istintaq prosesi başa çatdıqdan sonra dərc ediləcəyini bildirib.
 
Qeyd edək ki, Azərbaycan Prezidenti Tehrandakı səfirliyimizə qarşı törədilmiş terror aktını şiddətlə qınadığını açıqlayıb.
 
Xatırladaq ki, Azərbaycan XİN baş verənlərlə bağlı ilk rəsmi məlumat yayıb. Bildirilir ki, hücum edən şəxs "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.
 
Səfirliyin iki mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Onların vəziyyəti qənaətbəxşdir. Hazırda bu xain hücum üzrə araşdırma gedir. Məsələnin təfərrüatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...