İranın dövlət televiziyası “Səhər” bu gün Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edən terrorçudan müsahibə alıb.
Maraqlıdır ki, İran "jurnalistləri" rahat şəkildə terrorçudan "müsahibə" ala bilirlər.
Ednews xəbər verir ki, bu gün Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub.
Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib.
Səfirliyin iki nəfər mühafizə əməkdaşı hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir. Terroru törətmiş şəxs saxlanılıb.